Azərbaycan və Ermənistan prezidentləri sabah Rusiyada görüşəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i221893-azərbaycan_və_ermənistan_prezidentləri_sabah_rusiyada_görüşəcəklər
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 3 tərəfli görüşü sabah Sankt-Peterburq şəhərində keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2016 14:00 Asia/Baku
  • Azərbaycan və Ermənistan prezidentləri sabah Rusiyada görüşəcəklər
    Azərbaycan və Ermənistan prezidentləri sabah Rusiyada görüşəcəklər

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 3 tərəfli görüşü sabah Sankt-Peterburq şəhərində keçiriləcək.

Sputnik İnformasiya Agentliyinin verdiyi məlumata görə, görüşün əsas mövzusu qarabağ münaqişəsi olacaq.

Üç tərəfli görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin özününü Azərbaycan və ermənistanlı həmkarları İlham Əliyev və Serj Serkisiyan ilə də ayrı-ayrılıqda görüşləri olacağı gözlənilir.

Azərbayan prezidenti bu iclas ərəfəsində deyib ki, rəsmi bakı Rusiya və ermənistanla müzakirələrin münaqişənin dinc həll yolunu sürətləndirəcəyinə ümid edir.

İlham Əliyev deyib: Bu münaqişənin dinc yolla həll olunmasına ümid edirik və bu məqsədə nail olmaq üçün Ermənistan özünün işğalçı siyasətindən əl çəkməli Azərbaycanın ərazilərindən çıxmalıdır.

Azərbaycan prezidenti deyib: Azərbaycan mənasız müzakirələrin davam etdirilməsi ardınca deyil. Artıq Qarabağ münaqişəsinin sürətlə həll edilməsi üçn ciddi və qətiyyətli təşəbbüslərin vaxtı gəlib çatıbdır.

Azərbaycan Respublikası prezidenti deyib: Əgər kimsə bizim başqa 20 il üçün mənasız müzakirələri davam etdirəcəyimizi düşünürsə deməliyəm ki, o çox böyük səhvə yol vermiş olur. Təsirli müzakirələr dərhal və qeyd-şərtsiz olaraq keçirilməlidir, bu baş verərsə dinc həll yolu da tezliklə tapılacaq.