Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib
-
Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçirilir.
İlk olaraq, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.
“RİA Novosti”-nin verdiyi məlumata görə, görüşdə Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.
“İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”, - deyə o vurğlayıb.
S. Sarkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur. “Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.