İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qanunları tənqid etdi
İyun 26, 2016 05:00 Asia/Baku
-
İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qanunları tənqid etdi
Azərbaycan prezidenti beynəlxalq qanunların Qarabağ münaqişəsində təsirsiz olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, İlham Əliyev şənbə günü "Ordu Günü" münasibəti ilə hərbçi ailələrinə mənzillərin verilməsi mərasimində etdiyi çıxışında deyib: Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üzrə diplomatik və siyasi səylərini davam etdirəcək.
İ.Əliyev Qarabağ münaqişəsinin həllinin sadəcə Azərbaycanın ərazi bütövlüyü çərçivəsi prinsipi əsasında mümkün olduğunu deyərək, əlavə edib: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək.