Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i223495-son_bir_ildə_isə_ukraynada_25_azərbaycanlının_yoxa_çıxdığı_bildirilir
Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 08:00 Asia/Baku
  • Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir
    Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir

Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.

Pokrovsk Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A. Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.

İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.

Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.