İyun 30, 2016 12:31 Asia/Baku
  • Rövşən Novruzoğlu
    Rövşən Novruzoğlu

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu deyib: Müsəlmanların ilk qibləsi Qüds sionistlər tərəfindən işğal olunub. Bu islam diyarı heç kimə bağışlana bilməz. Bütün ölkələr, xüsusilə islam ölkələri işğal olunmuş Fələstinin azadlığı üçün birləşməlidir.

Bakıda Səhər-in müxbirinə müsahibə verən Rövşən Novruzoğlu Mübarək Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü adlandırmasına görə Həzrət İmam Xomeyninin (rə) dəyərli təşəbbüsünə toxunub və deyib: Qüds günü məzlumların günü və azadlıqsevərliyin simvoludur. Qüds Günü zülm və sitəmlə mübarizə və ədalətsevərlik günüdür. Bu gün məzlum müsəlmanların acı tarixi və onların sionistlər qarşısında müqavimətini xatırladır. Müsəlmanlar cinayətkar İsrail rejiminin işğal etdiyi Fələstinin azadlığı üçün birləşməlidirlər.

Rövşən Novruzoğlu deyib: İslam ümməti məzlum fələstinlilərin kömək imdadına cavab verməli və öz ilk qibləsini şeytan və İsrailin caynağından xilas etməlidir. Qüds Şərif azad olunmadığı və islam ümməti arasında həqiqi birlik yaranmadığı zamana qədər düşmənlərin islam məmləkətlərində işğal siyasəti davam edəcək.

Rövşən Novruzoğlu Azərbaycan xalqının da məzlum Fələstin xalqı ilə müştərək dərdinin olduğunu bəyan edərək deyib: Biz zülm çəkən Fələstin xalqının müsibətlərini dərk edirik. Çünki biz də işğalla üzləşmişik və Fələstin və Qarabağın işğalı tarixi təhlil olunmalıdır.

Teqlər