Taleh Bağırzadənin azadlığa buraxılması istənildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i223930-taleh_bağırzadənin_azadlığa_buraxılması_istənildi
Norveç "Forum 18" Dini Azadlıqları Müdafiə Mərkəzi Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədrini günahsız elan etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2016 10:16 Asia/Baku
  • Taleh Bağırzadənin azadlığa buraxılması istənildi
    Taleh Bağırzadənin azadlığa buraxılması istənildi

Norveç "Forum 18" Dini Azadlıqları Müdafiə Mərkəzi Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədrini günahsız elan etdi.

İranın "Talış Radiosu"nun məlumatına görə, Norveçin "Forum 18" dini azadlıqları müdafiə mərkəzi Azərbaycanda dini etiqad azadlıqları ilə bağlı araşdırmalar apararaq, bu araşdırmaların nəticəsini öz rəsmi saytında bir məqalə şəklində yerləşdirib.

Bu araşdırmalarda Taleh Bağırzadənin həbsinə səbəb olaraq, onun cəmiyyətdə malik olduğu nüfuz göstərilib.

Taleh Bağırzadə və bir sıra digər din xadimi ötən ilin 26 noyabrında Nardaranda həyata keçirilən əməliyyat zamanı həbs edilib.

T.Bağırzadəyə qarşı ittihamnamədə 10 ittiham yer alır.

İslamın Səsi informasiya portalının verdiyi məlumata görə, Taleh Bağırzadənin vəkili Fariz Namazlının dediyinə görə, istintaq prosesinin başa çatdığını lakin, ittihamnamənin onun ixtiyarına verilmədiyini bildirərək, bu barədə baş prokurorluğa şikayət etdiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin ötən ilin 26 noyabrında Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində həyata keçirdiyi məliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə onlarla nəfər ilə birlikdə həbs edilib.

Bu hadisə zamanı 2-si polis olmaqla 7 nəfər həyatını itirmişdi.