Azərbaycan Respublikası iqtisadçısı: Gələcəkdə manatın məzənnəsinin aşağı düşməsi yenə ehtimal olunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i224146-azərbaycan_respublikası_iqtisadçısı_gələcəkdə_manatın_məzənnəsinin_aşağı_düşməsi_yenə_ehtimal_olunur
Azərbaycan Respublikasında iqtisadi ekspert Vüqar Bayramlı deyib ki, İngiltərənin Avropa İttifaqından ayrılması Azərbaycan Respublikası iqtisadiyyatına mənfi təsir göstərəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2016 07:33 Asia/Baku
  • Azərbaycan Respublikası iqtisadçısı: Gələcəkdə manatın məzənnəsinin aşağı düşməsi yenə ehtimal olunur
    Azərbaycan Respublikası iqtisadçısı: Gələcəkdə manatın məzənnəsinin aşağı düşməsi yenə ehtimal olunur

Azərbaycan Respublikasında iqtisadi ekspert Vüqar Bayramlı deyib ki, İngiltərənin Avropa İttifaqından ayrılması Azərbaycan Respublikası iqtisadiyyatına mənfi təsir göstərəcək.

Səhər-in Bakıdakı müxbirinə müsahibə verən Vüqar Bayramlı ölkəsinin Avropa İttifaqı ilə olan yaxşı əlaqələrinə toxunub və bildirib ki, İngiltərənin Avropa İttifaqından ayrılması xəbəri ilk növbədə manatın dəyərinin süqutu ilə nəticələnmişdi, belə ki, bəzi valyuta dəyişmə mərkəzlərində xidmətlərin göstərilməsində fasilənin yarandığı məlumat verilmişdi.