QMİ fitrə zəkatının miqdarını açıqladı: Adam başına 5-10 manat
https://azeri.sahartv.ir/news/azərbaycan-i224152-qmİ_fitrə_zəkatının_miqdarını_açıqladı_adam_başına_5_10_manat
Ruhani Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) adam başına düşən fitrə zəkatının miqdarını 5-10 manat elan etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2016 08:52 Asia/Baku
  • QMİ fitrə zəkatının miqdarını açıqladı: Adam başına 10-15 manat
    QMİ fitrə zəkatının miqdarını açıqladı: Adam başına 10-15 manat

Ruhani Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) adam başına düşən fitrə zəkatının miqdarını 5-10 manat elan etdiyini bildirib.

Bakı şəhəri Məşhədi Dadaş məscidinin ruhanisi Hacı Şahin Həsənli "Moderator.az" saytı ilə müsahibədə fitrə zəkatının miqdarı barədə deyib: Adam başına düşən fitrə zəkatının minimum miqdarı 5-10 manatdır.

O daha sonra deyib: Maliyyə vəziyyətindən asılı olaraq arpa, buğda, düyü və kişmiş kimi məhsulların hər bir kiloqramı üçün minimum bazar qiymətini nəzərə alaraq, onun 3 misilini ödəməlidirlər.

Hacı Şahin Həsənli əlavə edib: Yoxsul olanlar da fitrə zəkatını verməlidirlər və orucun qəbul olunması üçün vacib olan əməllərdən biri fitrə zəkatının ödənilməsidir.

Məşhədi Dadaş məscidinin ruhanisi fitrə zəkatının yoxsul insanlara verilə biləcəyini və ya fitrə zəkatının toplanması üçün təyin olunmuş qutulara ata biləcəklərini deyib.

6 iyun Azərbaycanda Fitr bayramı günü elan olunub.