Səadətli Fitr bayramı namazı Azərbaycan Respublikasında əzəmətlə qılınıb
-
Səadətli fitir bayramı namazı Azərbaycan R-da əzəmətlə qılınıb
Azərbaycan Respublikası müsəlmanları bir ay orucluq və ibadətin şükrünə səadətli Fitr bayramı namazını bu ölkənin məscid və hüseyniyyələrində xüsusi əzəmətlə qılıblar.
Azərbaycan Respublikası möminləri bu gün səhər tezdən şəhər və kəndlərdəki məscidlərdə geniş iştirak edərək, səadətli Fitr bayramı namazını qılıb və İmam Zaman(əc)-in zühurunun sürətlənməsi, İslam dünyasının birliyi və dünya müsəlmanlarının hazırkı problemlərdən nicatı üçün dua ediblər.
Bəzi məscidlərdə əhalinin geniş iştirakına görə, məscidlərin daxilindən əlavə, onların həyətləri və ətraf küçələr də namazqılanlarla dolu idi.
Əlavə edək ki, əhalinin geniş iştirakına görə, bəzi məscidlərdə, o sıradan Təzə Pir məscidində və Bakıdakı iranlıların hüseyniyyəsində səadətli Fitr bayramı namazı iki dəfə qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə Təzə Pir məscidində namaz qıldıqdan sonra səadətli Fitr bayramını təbrik edərək, deyib: Bu gün ilk dəfə olaraq, Azərbaycan Respublikasında şiə və sünni müsəlmanlar bir gündə səadətli Fitr bayramı namazını qıldılar ki, bu, müsəlmanların bu ölkədəki birliyinin nişanəsidir .
Səadətli Fitr bayramı namazını qılanlar da Səhər-in Bakıdkı müxbiri ilə müsahibdə müsəlmanların ərazilərinin azad edilməsi və dünya müsəlmanları üçün dua edərək, Fitr bayramını günahdan uzaq gəzmək, ehsan əldə etmək, bir ay ibadətin şükrünə birlik və bəndəliyin əzəmətinin təzahürü bayramı adlandırıblar.
Əzəmətli Fitr bayramı namazı həmçinin Bakıda iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsində Azərbaycanda yaşayan iranlıların və Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejadın imaməti ilə qılınıb.