DEVAMM sədri İŞİD-i tənqid edib
İyul 06, 2016 18:01 Asia/Baku
Terrorçu İŞİD qrupu iştər şiə olsun, istərsə də sünni, istədiyi hər bir kəsi terror edir.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat" ilə müsahibədə bildirib ki, bəziləri terrorçu İŞİD qrupunu din simvolu kimi qələmə verir və onu sünni əhlinə aid edirdilər, lakin İŞİD-in İslam dini ilə heç bir əlaqəsi yoxdur.
O, əlavə edib: Türkiyə və İraqdakı son terrorlar bir daha göstərdi ki, bu qrup üçün şiə və sünninin mənası yoxdur və harda lazım bilərsə, şəxsləri terror edirlər.
İbrahimoğlu deyib: İŞİD var gücünü müsəlmanların məhvinə yönəldib və bu yolda şiə və sünnini hədəfə alıbdır.