Həbsdə olan ruhaninin ailəsi BMT-yə müraciət etdi
-
Həbsdə olan ruhaninin ailəsi BMT-yə müraciət etdi
Həbsdə olan islamçı Ruhulla Axundzadənin həyat yoldaşı BMT-yə ünvanlanmış məktubda, bu təşkilatın onun ölkədən çıxmasına kömək etməsini istəyib.
Nur saytının cümə günü yaydığı məlumata görə, Ruhulla Axundzadənin həyat yoldaşı xanım Tamara Azundzadə jurnalistlər ilə müsahibədə deyib: Həyat yoldaşım 1988-ci ildən hökumət tərəfindən təzyiqlərə məruz qalıb və bu xüsusda beynəlxalq dairələrə, İslam Əməkdaşlıq Təşkilatına və BMT-yə müraciət edib.
Tamara Axundzadə həmçinin, həbsdə olan həyat yoldaşının Azərbaycandan çıxarılmsı ilə bağlı BMT-yə olan müraciətinin səbəbinə gəlincə isə deyib: Bunun səbəbi ölkədə islamçılara qarşı hökm sürən ədalətsizlik və məhdudiyyətlərdir.
Həbsdə olan islamçı Ruhulla Axundzadənin övladı Məhəmməd Əli Axundzadə də Nardaran hadisələrinin ardınca həbs edilib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.