Ermənistan Qarabağ münaqişəsinin həllinə hazır olduğunu bildirdi
-
Ermənistan Qarabağ münaqişəsinin həllinə hazır olduğunu bildirdi
Ermənistan parlamentinin sədr müavini İrəvanın Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həlli üzrə müzakirələrə hazır olduğunu bildirib.
Faktxeber-in verdiyi məlumata görə, Edvard Şarmazanov İrəvanda jurnalistlərə verdiyi müsahibədə deyib: Hökumətin Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanla danışıqların aparılması məsələsində razılığa gələ bilməyəcəyi təqdirdə, İrəvan Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır.
Şarmzanov əlavə edib: Əgər Azərbaycan münaqişənin mərhələli şəkildə həllini istəyərsə, ilk mərhələdə qondarma Qarabağ Respublikasının hüquqları Azərbaycan tərəfindən tanınmalıdır.
Şarmazanov şənbə günü jurnalistlər ilə müsahibədə deyib: Azərbaycan yalnız qondarma Qarabağ Respublikasını tanımaq, Xankəndində səfirlik və konsulluq açmaq yolu ilə öz bayrağını orada dalğalandıra bilər. Başqa seçim yoxdur.
Madrid prinsipləri Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu tərəfindən hazırlanıb. Qarabağın ətrafınday erləşən 7 rayonun işğaldan azad edilməsi, Qarabağa müvəqqəti hüquqi statusun verilməsi, Qarabağ ilə Ermənistan arasında dəhlizin yaradılması, Qarabağın hüquqi statusunun təyin edilməsi üçün referendumun keçirilməsi, müharibə didərginlərinin öz yaşadıqları torpaqlara qayıtması və Qarabağda sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi Madrid prinsiplərini təşkil edir.