İyul 13, 2016 14:56 Asia/Baku
  • Natiq Kərimov
    Natiq Kərimov

İyulun 12-də Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun barəsində seçilmiş ev dustaqlığının müddəti daha üç ay artırılıb.

N.Kərimov yanvarın 7-də dövlətə xəyanət maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Yanvarın 19-dan isə o ev dustağı olub. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ozünə qarşı ittihamı qəbul etmir. Nardarana polis basqınından sonra, reallılqları çatdıran yeganə şəxs Natiq Kərimov idi.

Azərbaycan İslam Partiyası hesab edir ki, Natiq Kərimov barədə ittiham başadüşülən deyil.

 

 

Teqlər