Ərdoğan Azərbaycan medialarını üstüörtülü surətdə tənqid edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i226030-Ərdoğan_azərbaycan_medialarını_üstüörtülü_surətdə_tənqid_edib
Türkiyə prezidenti Azərbaycan Respublikasının ANS telekanalının başçılarını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2016 10:00 Asia/Baku
  • Ərdoğan Azərbaycan medialarını üstüörtülü surətdə tənqid edib
    Ərdoğan Azərbaycan medialarını üstüörtülü surətdə tənqid edib

Türkiyə prezidenti Azərbaycan Respublikasının ANS telekanalının başçılarını tənqid edib.

Virtual.az saytının məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan dünən İstanbul şəhərindən yayımlanan canlı televiziya verilişində ANS-in müxbiri Qənirə Ataşovanın Hizmet hərəkatının rəhbəri Fəthullah Gülən ilə müsahibəsinə toxunaraq, deyib: Türkiyəyə qarşı Fəthullah Gülən ilə müsahibənin alınması Ben Ladən ilə müsahibə kimi bir şeydir və bəzi medialar tərəfindən nalayiq davranış rəsmi Ankara tərəfindən qəbuledilməzdir. 

Qeyd edək ki, bazar ertəsi günü Azərbaycan Respublikasının məşhur jurnalisti Qənirə Ataşova Türkiyəyə qarşı Hizmet hərəkatının rəhbəri Fəthullah Gülən ilə müsahibə aparmışdı ki, bu müsahibənin yayılmasından öncə ANS telekanalının bütün yayımı kəsilibdir.