ANS telekanalı Fəthullah Güləni himayə səbəbindən bağlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i226033-ans_telekanalı_fəthullah_güləni_himayə_səbəbindən_bağlanıb
Azərbaycan Respublikasında ANS telekanalı dünən gecə bağlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2016 10:00 Asia/Baku
  • ANS telekanalı Fəthullah Güləni himayə səbəbindən bağlanıb
    ANS telekanalı Fəthullah Güləni himayə səbəbindən bağlanıb

Azərbaycan Respublikasında ANS telekanalı dünən gecə bağlanıb.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası bir məlumatda ANS-in bağlanmasının səbəbini, bu ölkə ilə Türkiyə arasındakı strateji əlaqələrə zidd mövqe tutmaq, bu kanal tərəfindən Türkiyə dövlətinə qarşı verilişlərin yayılması və rəsmi Ankara ilə sərt müxalif olan Fəthullah Güləni dəstəkləmək elan edib.

Bu məlumatda deyilir: Azərbaycan Respublikası prezidenti İlham Əliyev son Türkiyə hadisələrini açıq şəkildə çevrilişə cəhd, eləcə də Türkiyənin dövlət quruluşuna və xalqına qarşı dəhşətli cinayət adlandırıb və bildirib ki, Azərbaycan Respublikası Türkiyənin dövləti və xalqının kənarındadır və bu ölkənin qanuni dövlətini dəstəkləyir.

Bu məlumata görə, Azərbaycan Respublikasının xalqı da Türkiyə xalqı həmrəylik edərək, həmin ölkədəki çevriliş səylərini pisləyib, lakin təəssüflə, ANS telekanalı iki ölkə xalqlarının qardaş əlaqələrinə zidd mövqe tutubdur.