Manat digər valyutalar qarşısında zəifləyib
İyul 22, 2016 05:59 Asia/Baku
-
Manat digər valyutalar qarşısında zəifləyib
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 20-si ilə müqayisədə 0,2% artaraq 1,5724 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,2% möhkəmlənərək 1,7345 manat olub.
Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0245 manat səviyyəsinə enib.
Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, Türkiyənin milli valyutası 0,6% artaraq 0,5124 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,08 manatdır. Beləliklə, funt sterlinq də 0,15%-lik bahalaşma nümayiş etdirib.
Teqlər