Azərbaycan Respublikası konstitusiya məhkəməsi əsas qanun üzrə referendumla razılaşıb
-
Azərbaycan Respublikası konstitusiya məhkəməsi əsas qanun üzrə referendumla razılaşıb
Azərbaycan Respublikası konstitusiya məhkəməsi öz iclasında əsas qanun üzrə referendumun keçirilməsilə razılaşıb.
IRIB-nin məlumatına görə, iyulun 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən əsas qanunun islahı üzrə referendumun keçirilməsi haqda qətnamə layihəsi konstitusiya məhkəməsinə təqdim olunmuşdu.
Konstitusiya məhkəməsi Azərbaycan Respublikası prezidentinin əsas qanunun islahı üzrə referendumun keçirilməsi haqda qətnamə layihəsini bu ölkə konstitusiyasının tələblərinə uyğun bilib.
Azərbaycan Respublikası prezidentinin əsas qanunun islahı üzrə referendumun keçirilməsi haqda qətnamə layihəsi ölkə prezidenti tərəfindən təyin olunan və ya kənarlaşdırılan 1-ci vitse-prezident və vitse-prezidentlər kimi yeni vəzifələrin yaradılması və prezidentlik müddətinin beş ildən yeddi ilədək uzadılmasına şamil olur.
Azərbaycan Respublikasının hazırkı konstitusiyasının 100-cü maddəsinə əsasən, yalnız 35 yaşından yuxarı vətəndaşlar prezidentliyə namizəd ola bilərlər, lakin yeni dəyişikliklə bu yaş məhdudiyyəti aradan götürüləcəkdir.
Konstitusiyanın islahı layihəsinə əsasən, seçkilərdə iştirak haqqına malik olan vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisinə öz namizədliklərini irəli sürə bilərlər.
Azərbaycan Respublikasının hazırkı konstitusiyasında yalnız 25 yaşından yuxarı vətəndaşlar məclis seçkilərinə namizəd ola bilərlər.
Parlamentin buraxılması tərzi, dövlətlərarası və beynəlxalq müqavilələrin bağlanması haqqı, bələdiyyələrin səlahiyyət və məsuliyyətləri əsas qanunun islahı layihəsinin əsas maddələrindən sayılır.
Azərbaycan Respublikası konstitusiya məhkəməsinin əsas qanunun islahı üzrə referendumun keçirilməsi ilə razılaşmasının ardınca əsas qanunun islahı üzrə referendumun keçiriləcəyi tarix Azərbaycan Respublikası prezidenti tərəfindən ayrıca bir fərmanla elan olunacaq.