Azərbaycan Respublikası Sənaye Nazirliyinin tabeliyində olan bir zavodda partlayış baş verib
İyul 26, 2016 14:39 Asia/Baku
-
Azərbaycan Respublikası sənaye nazirliyinin tabeliyində olan bir zavodda partlayış baş verib
Bu gün günortadan sonra Şirvan şəhərində Azərbaycan Respublikasının Sənaye Nazirliyinin tabeliyində olan bir zavodda güclü partlayış baş verib. İlkin məlumatlara görə partlayış nəticəsində iyirmi nəfər yaralanıb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, hadisə Bakının 120 kilometrliyində yerləşən Şirvan şəhərinin yaxınlığında baş verib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin portalı bu xəbəri təsdiq edib, hadisə barədə ətraflı məlumat verməkdən çəkinərək, hadisənin səbəbləri müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumatın veriləcəyini bildirib.