Bakıda İranın yüngül atletika üzrə yığma paralimpiya komandası təlim-məşqlərə başlayıb
-
Bakıda İranın yüngül atletika üzrə yığma paralimpiya komandası təlim-məşqlərə başlayıb
Bakıda İranın yüngül atletika üzrə yığma paralimpiya komandası təlim-məşqlərə başlayıb.
IRIB-nin məlumatına görə, İranın əlillər və müharibə əlillərindən ibarət yüngül atletika üzrə yığma paralimpiya komandasının başçısı Hadızadə deyib ki, bu komanda 26 paralimpiya idmançısı, 8 məşqçi və bir baş məşqçidən ibarətdir və on gün müddətinə təlim-məşq keçirəcəkdir.
O, əlavə edib: Paralimpiya yarışlarında iştirak üçün idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə texniki və taktiki məşqlər, bodibildinq bu təlim-məşqlərə daxildir və bu xarici təlim-məşqlərdən sonra 15 gün müddətinə Xürrəmabad, Təbriz və Tehranda da təlim-məşqlər keçirmək niyyətindəyik və avqustun 31-də də Rio paralimpiya yarışlarına yola düşəcəyik.
Hadizadə söyləyib: Bu təlim-məşqlərdə idmançılarımız bütün yüngül atletika növlərində, o sıradan 100 və 1500 metrlərə qaçış, oturaq və ayaqüstə uzunluğa tullanma, nizə, disk və ağırlıq tullama üzrə məşq edəcəklər.
İranın əlillər və müharibə əlillərindən ibarət yüngül atletika üzrə yığma paralimpiya komandasının başçısı Bakının dənizə yaxın olmasına görə, onun havasını Rionun havası ilə mütənasib bilib və belə əlavə edib: Ümid edirik ki, bu il Rio yarışlarında yaxşı nəticələr əldə edək.
İranın əlillər və müharibə əlillərindən ibarət yüngül atletika üzrə yığma paralimpiya komandası London paralimpiya yarışlarında 5 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmağa müvəffəq olmuşdu.