Azərbaycanda kontitusiyaya dəyişikliklə bağlı referendumun vaxtı elan edilib
-
Azərbaycanda kontitusiyaya dəyişikliklə bağlı referendumun vaxtı elan edilib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə referendum keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Məlumata görə, Azərbaycan prezidenti 100 və 101-ci maddələrdə dəyişikliyi təklif edib.
Bu təklifə əsasən, prezidentliyin müddəti 5 ildən 7 ilə artırılacaq, yaş məhdudiyyəti ləğv olunacaq və prezidentin əvəzi vəzifəsi əlavə olunacaq.