Azərbaycan müdafiə naziri cəbhə bölgəsində olub
İyul 27, 2016 05:39 Asia/Baku
-
Azərbaycan müdafiə naziri cəbhə bölgəsində olub
Azərbaycan müdafiə naziri İrəvanın müharibə təhdidlərinin ardınca, cəbhə bölgəsinə səfər edib və əsgərlər və hərbi hissələrin imkanları ilə yaxından tanış olub.
Virtualaz.org-un məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.
1994-cü il may ayından Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi bu münaqişənin həlli ilə nəticələnməmişdir.