Azərbaycan beynəlxalq insan haqları təşkilatlarını tənqid edib
-
Azərbaycan beynəlxalq insan haqları təşkilatlarını tənqid edib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov beynəlxalq insan haqları təşkilatlarının mövqeyini tənqid edib.
Trend-in məlumatına görə Səməd Seyidov Ermənistanda hökumət əleyhinə aksiyaların davam etməsinə toxunaraq deyib: Beynəlxalq insan haqları təşkilatları Azərbaycana bu qədər iradlar bildirmələrinə baxmayaraq, İrəvanda Ermənistan vətəndaşlarının insan haqlarının pozulması qarşısında sükut edirlər.
Səməd Seyidov həmçinin bildirib: Beynəlxalq insan haqları təşkilatlarının sükutunun səbəbi bu təşkilatların erməni lobbisi tərəfindən idarə olunmasıdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ermənistanın həbs və vətəndaşların hüquqlarını tapdaladığını bəyan edərək xatırladıb: Bu ölkədə demokratiya yoxdur.
Səməd Seyidovun İrəvanın siyasətləri və beynəlxalq təşkilatları tənqid etdiyi bir halda, Azərbaycan vətəndaşlarının aksiya keçirmək haqqı yoxdur və aksiya keçirildiyi halda əsassız ittihamlarla həbs olunur və işgəncə edilir.