Bakı enerji sahəsində İranla həmkarlıqları genişləndirməyə çalışır
-
Bakı enerji sahəsində İranla həmkarlıqları genişləndirməyə çalışır
Azərbaycan Respublikasının energetika naziri bu ölkənin enerji sahəsində İranla həmkarlıqları genişləndirməyə çalışdığını vurğulayıb.
Trend xəbər agentliyinin məlumatına görə, Natiq Əliyev son aylarda Bakı-Tehran əməkdaşlıqlarının genişləndiyini vurğulayaraq, deyib: Azərbaycan Respublikası İranın neft və qaz ehtiyatlarını dünya bazarına ötürməyə çalışır.
Əliyev əlavə edib: Azərbaycan Respublikası öz müstəqil siyasəti ilə enerji sahəsində və İranın maraqlarına uyğun olaraq, enerji əməkdaşlığının genişlənməsi üçün yaxşı zəmin yarada bilər.
Bu azəri rəsmi həmçinin Azərbaycan Respublikasının öz enerji sisteminin Rusiya və İranın enerji sistemlərinə qoşulmasına hazır olduğunu bildirərək, deyib: Regional həmkarlığın gücləndirilməsi istiqamətində atılan addımlar enerji və digər sahələrdə müxtəlif layihələrin reallaşması üçün fürsət yaradır.
Natiq Əliyev sonda Rusiya, Azərbaycan Respublikası və İran arasında enerji dəhlizinin yaradılması istiqamətindəki siyasi və texniki durumu qənaətbəxş adlandırıb.