Şahin Mustafayev: İran prezidentinin Bakıya olacaq səfəri tarixi hadisədir
Avq 06, 2016 07:30 Asia/Baku
-
Şahin Mustafayev: İran prezidentinin Bakıya olacaq səfəri tarixi hadisədir
Azərbaycanın iqtisadi inkişaf naziri Tehran-Bakı əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğuna işarə edərək, deyib: İran və Azərbaycan əlaqələri iki ölkə prezidentlərinin iradəsi və aparılan müzakirələr nəticəsində bütün sahələr üzrə inkişaf edibdir.
Şahin Mustafayev əlavə edib: İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycana olacaq səfəri tarixi bir səfər olacaq və Bakı bu səfərə böyük əhəmiyyət verir.
Ş.Mustafayev həmçinin deyib: Bu səfər zamanı tərəflər arasında mühüm sənədlər imzalanacaq və iki ölkə prezidentlərinin iclasının yaxşı nəticələri olacaq.