Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək
Avq 07, 2016 14:46 Asia/Baku
-
Azərbaycan və İran Rəşt dəmir yolunu birgə maliyyələşdirəcək
“Viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
H. Ruhani bildirib ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun birləşdirilməsi çox mühümdür: “Sonrakı mərhələdə Astara-Rəşt dəmir yolunun çəkilməsi vacibdir. Azərbaycan və İran Rəşt dəmir yolu layihəsində 50 faiz olmaqla müştərək iştirak edəcək, bərabər səviyyədə bu layihəni maliyyələşdirəcək”.