Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.
https://azeri.sahartv.ir/news/azərbaycan-i228820-rusiya_azərbaycan_və_İran_xəzərdə_yeni_layihələri_müzakirə_edə_bilər.
Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2016 15:49 Asia/Baku
  • Putin- Əliyev
    Putin- Əliyev

Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.

"Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.