AXCP-nin fəal üzvü həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i229447-axcp_nin_fəal_üzvü_həbs_olunub
Azərbaycan Xalq Cəbhəsi partiyasının fəal üzvlərindən biri təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2016 06:33 Asia/Baku
  • AXCP-nin fəal üzvü həbs olunub
    AXCP-nin fəal üzvü həbs olunub

Azərbaycan Xalq Cəbhəsi partiyasının fəal üzvlərindən biri təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Turan İnformasiya Agentliyinin məlumatına görə, AXCP-nin fəal üzvü Məsud Rzalı cümə günü Bakı şəhərində metro stansiyası qarşısında saxlanılıb. 

Azərbaycan Respublikası təhlükəsizlik məmurları həbs zamanı həbs barəsində heç bir açıqlama verməyiblər. 

AXCP-nin ictimai əlaqələr şöbəsi Məsud Rzalının həbsinin səbəbini sosial-ictimai şəbəkələrdə bu ölkədə insan  haqları barəsindəki sözləri hesab edib.