Azərbaycan Respublikasında REAL Hərəkatının icraçı katibi həbs edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i229600-azərbaycan_respublikasında_real_hərəkatının_icraçı_katibi_həbs_edilib
Azərbaycan Respublikası konstitusiyasına dəyişiklik layihəsinin əsas muxaliflərindən olan REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 15:32 Asia/Baku
  • Natiq Cəfərli
    Natiq Cəfərli

Azərbaycan Respublikası konstitusiyasına dəyişiklik layihəsinin əsas muxaliflərindən olan REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli həbs edilib.

Bakıda çıxan Yeni Musavat qəzetinin internet portalının verdiyi məlumata görə, Konstitusiyada dəyişiklik üzrə referendum təklifinə qarşı kampaniya başladan REAL Hərəkatının lideri Natiq Cəfərli  qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur. Natiq Cəfərlinin vəkili olacaq Cavad Cavadlı deyib ki, həbs edilən hüquqşunaslar İntiqam Əliyev və Rəsul Cəfərov kimi Natiq Cəfərli də ağır maliyyə ittihamlarına məruz qalıb. 

Təhlilçilər, Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən təklif olunmuş konstitusiyaya dəyişiklik layihəsinin muxaliflərinin həbs edilməsini hökumətin vəziyyəti nəzarətə almaq və təşəbbüskarlığı öz əlində saxlamaq cəhdləri kimi qiymətləndirirlər. 

Son həftələr ərzində prezidentin konstitusiyaya dəyişiklik layihəsinə qarşı müxalifət tərəfindən mövqelər sərgilənir. İslam, Müsavat, Xalq Cəbhəsi və müxalifətin milli şurası prezidentin bu təklifinə qarşı olduqlarını bildiriblər. Onlara görə, konstitusiyada dəyişiklik təklifi Əliyevlər ailəsinin hakimiyyətini möhkəmləndirməyə planlaşdırılıb.