Azərbaycan Respublikası Fəthullah Gülənin tərəfdarları barədə təhqiqat aparır
https://azeri.sahartv.ir/news/azərbaycan-i229888-azərbaycan_respublikası_fəthullah_gülənin_tərəfdarları_barədə_təhqiqat_aparır
Türkiyənin müttəfiqi olan Azərbaycan Respublikası bildirib ki, Amerikada yaşayan Hizmet hərəkatının sədri Fəthullah Gülənin tərəfdarları barədə təhqiqata başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2016 04:51 Asia/Baku
  • Azərbaycan Respublikası Fəthullah Gülənin tərəfdarları barədə təhqiqat aparır
    Azərbaycan Respublikası Fəthullah Gülənin tərəfdarları barədə təhqiqat aparır

Türkiyənin müttəfiqi olan Azərbaycan Respublikası bildirib ki, Amerikada yaşayan Hizmet hərəkatının sədri Fəthullah Gülənin tərəfdarları barədə təhqiqata başlayıb.

Frans-Press-in məlumatına görə, Azərbaycan Respublikası baş prokurorunun sözçüsü Eldar Sultanov dünən deyib ki, terrorçu Fəthullah Gülən təşkilatı tərəfdarlarının Azərbaycan Respublikası ərazisində qanunu pozmalarının qarşısını almaq üçün cinayət işi açıb.

O, bu barədə təfərrüata keçməyib. Mühakimə olunmaları ehtimal edilən şəxslərin sayı da müəyyənləşməyibdir.

Türkiyə rəsmiləri Güləni uğursuz 15 iyul çevrilişində əli olmaqda ittiham edirlər, amma Gülən bu iddianı rədd edir.

Azərbaycan Respublikası rəsmiləri ötən ay Gülən ilə müsahibəni yaymağa səy göstərmiş bir xüsusi telekanalı bağladılar və özlərinin bu addımlarını, hədəfi, Azərbaycan Respublikası ilə Türkiyə arasındakı strateji əlaqələrə zərbə vurmaq olan təhrikedici hərəkətlərin qarşısını almaq üzrə cəhd çərçivəsində izah ediblər.

Bu fəaliyyətlərin maliyyə mənbələrini Türkiyə tacirləri təmin edirlər.