Rio-2016: Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb
Avq 20, 2016 09:55 Asia/Baku
-
Rio-2016: Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb
Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb
Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.
APA-nın məlumatına görə, Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) Azərbaycan Respublikası yığmasının aktivinə növbəti bürünc medalı əlavə edib.
Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək, Olimpiya Oyunlarında 3-cü yer tutub.
Qeyd edək ki, Rio-ya tam heyətlə yollanan Azərbaycan Respublikasının taekvondo komandasının heyətində ilk olaraq Patimat Abakarova 49 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, yarışı bürünc medalla başa vurub. Azərbaycan Respublikası yığmasının digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq.