Rio-2016: Azərbaycan boksçusu ilk dəfə Olimpiya oyunlarının finalına çıxıb
-
Rio-2016: Azərbaycan boksçusu ilk dəfə Olimpiya oyunlarının finalına çıxıb
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Avropa Oyunlarının qalibi, 3-0 hesabı ilə rəqibini mübarizədən kənarlaşdıraraq, Azərbaycan Respublikasının boks tarixində yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək Azərbaycan Respublikasından bir finalçı olmayıbdır.
Lorenzonun həlledici görüşdəki rəqibi, özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.
Azərbaycan Respublikasının boks yığmasının hesabında isə hələlik 1 bürünc medal var. Azərbaycan Respublikası komandasına bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.