ANS telekanalına lisenziyanın təqdimi mümkünsüzdür
https://azeri.sahartv.ir/news/azərbaycan-i230557-ans_telekanalına_lisenziyanın_təqdimi_mümkünsüzdür
Azərbaycan Respublikasının Milli Teleradio Şurasının aparat rəhbəri ANS telekanalına lisenziyanın təqdiminin mümkünsüz olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2016 14:27 Asia/Baku
  • ANS telekanalına fəaliyyət lisenziyasının təqdimi mümkünsüzdür
    ANS telekanalına fəaliyyət lisenziyasının təqdimi mümkünsüzdür

Azərbaycan Respublikasının Milli Teleradio Şurasının aparat rəhbəri ANS telekanalına lisenziyanın təqdiminin mümkünsüz olmasından xəbər verib.

Virtual.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov dünən ANS telekanalı müdiriyyətinin ardıcıl surətdə müraciət etməsinə toxunaraq, deyib: Məsul şəxslərin etirazı məhkəmənin müsbət rəyinə səbəb olmayacaq. O, həmçinin deyib: Hər bir televiziya və radio kanalının fəaliyyəti Milli Teleradio Şurasının lisenziyası ilə verilir və ya ləğv olunur; buna görə, heç bir məhkəmənin bu işə baxmaq haqqı yoxdur.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun istəyi ilə ANS telekanalı bağlandı və Milli Teleradio Şurasının istəyi ilə iyulun 29-da bu kanalın lisenziyası ləğv edildi.

Bu kanalın yayımının kəsilməsinin səbəbi, ANS-in müxbir Qənirə Ataşovanın Hizmet hərəkatının rəhbəri Fəthullah Gülən ilə Türkiyəyə qarşı müsahibəsi elan olunubdur.