Füzuli və Cəbrayıl rayonlarının işğalının 23 ili anılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i230914-füzuli_və_cəbrayıl_rayonlarının_işğalının_23_ili_anılıb
Bu gün 100-lərlə insanın iştrakı ilə Bakının Şəhidlər xiyabanında Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 23 ili anılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2016 13:57 Asia/Baku
  • Füzuli və Cəbrayıl rayonlarının işğalının 23 ili anılıb
    Füzuli və Cəbrayıl rayonlarının işğalının 23 ili anılıb

Bu gün 100-lərlə insanın iştrakı ilə Bakının Şəhidlər xiyabanında Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 23 ili anılıb.

 Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. həmçinin

Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 23 il ötür  cəbrayılılardan  Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfəri şəhid olub. 14 nəfər polis, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Şəhidlər xiyabanına gələn insanlar işğalda olan torpağların azad olmasını diləyərək qeyd etdilər ki, cəbrail və fizulinin işğalından 23 il ötməsinə baxmayaraq hələdə beynəlxalq təşkilatlar bu işğala biganə yanaşırlar