Manatın dollar müqabilində dəyər itirməsi prosesi davam edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i231325-manatın_dollar_müqabilində_dəyər_itirməsi_prosesi_davam_edəcək
"Dollara olan tələbatın artmaqda olmasını nəzərə alaraq, qarşıdan gələn aylar ərzində manatın dollar müqabilində yenidən dəyər itirməsi baş verəcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2016 10:13 Asia/Baku
  • Manatın dollar müqabilində dəyər itirməsi prosesi davam edəcək
    Manatın dollar müqabilində dəyər itirməsi prosesi davam edəcək

"Dollara olan tələbatın artmaqda olmasını nəzərə alaraq, qarşıdan gələn aylar ərzində manatın dollar müqabilində yenidən dəyər itirməsi baş verəcək".

Bunu iqtisadçı ekspert Vüqar Bayramlı Səhər kanalının müxbirinə verdiyi müsahibədə deyib.

V.Bayramlı əlavə edib: İdxalatın həcminin böyük olması, bazarda satışa çıxarılan dolların miqdarının az olması, sərmayə sahiblərinin dollara tələbatının artması və dövlətin dollarla olan borcların qaytarılması üzrə ehtiyacları manatın dollar müqabilində dəyər itirməsinin başlıca amilləri sayılır.

İqtisadçı ekspert əlavə edib: Əgər Mərkəzi Bank ciddi tədbirlər görməzsə, manatın yenidən devalvasiyasının şahidi olacağıq.