Uorlik "DQR"-in 25 illiyi ilə bağlı tədbir keçirməsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i231391-uorlik_dqr_in_25_illiyi_ilə_bağlı_tədbir_keçirməsinə_münasibət_bildirib
“Bizim mövqeyimiz aydındır. Dağlıq Qarabağ müstəqil respublika kimi ABŞ və Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmır”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2016 04:51 Asia/Baku
  • Uorlik \
    Uorlik \"DQR\"-in 25 illiyi ilə bağlı tədbir keçirməsinə münasibət bildirib

“Bizim mövqeyimiz aydındır. Dağlıq Qarabağ müstəqil respublika kimi ABŞ və Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmır”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 ili” adı altında tədbirin keçirilməsinə münasibət bildirərkən deyib.

Diplomat bildirib ki, diqqəti münaqişənin sülh yolu ilə həllinə apara biləcək addımlara, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri arasında davam edən dialoqa cəmləmək son dərəcə vacibdir: “ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə biz münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçün tərəflərlə fəal işləməyə davam edəcəyik”. 

Qeyd edək ki, Azərbaycanın cənub-şərqində Qarabağ bölgəsi Ermənistan qüvvələri tərəfindən işğal olunub. Sonra isə birtərəfli qaydada "Dağlıq Qarabağ Respublikası adı ilə "müstəqillik" elan edib. Bununla belə dünyanın heç bir ölkəsi bu qondarma respublikanı rəsmən tanımır və BMT də onu Azərbaycan Respublikasının ərazisinin bir hissəsi hesab edir. 

Amerikalı həmsədrin bu iddiası ilə yanaşı qeyd edək ki, ABŞ özü Qarabağ separatçılarına ildə maliyyə vəsaiti və kredit ayırır və onları mümkün hər bir yolla dəstəkləyir.