Ermənistan Azərbaycan Respublikası tərəfindən onun pilotsuzunun vurulmasını təkzib edib
-
Ermənistan Azərbaycan Respublikası tərəfindən onun pilotsuzunun vurulmasını təkzib edib
Ermənistanın Müdafiə Nazirliyi Bakının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası səmasında Ermənistan ordusunun pilotsuzunu vurduğunu bildirməsini əsassız adlandırıb.
IRNA-nın məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyi dünən bildirib ki, Azərbaycan Respublikasının Ermənistan pilotsuzunu vurması iddiası həqiqətə uyğun deyil.
Rusiyanın Seqodnya xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şənbə günü bildirmişdi ki, bir Ermənistan pilotsuzunu iki ölkə qüvvələri arasındakı neytral zonada- Naxçıvan Muxtar Respublikasında vurub yerə salıbdır.
İki ökənin son döyüşü təqribən altı ay bundan öncə başlandı ki, üçgünlük və təqribən geniş miqyaslı bir savaşda müxtəlif silahlar və bir neçə vertolyotun məhv edilməsindən əlavə, iki tərəfdən onlarla hərbçi və mülki öldürüldü.