Avq 30, 2016 17:37 Asia/Baku
  • Şimali Xorasanın bir heyəti Azərbaycana səfər edib
    Şimali Xorasanın bir heyəti Azərbaycana səfər edib

Şimali Xorasan vilayətinin ticarət və menecmentlik heyəti bu gün Azərbaycan Respublikasına səfər edib.

İRİB-in məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nəqizadə deyib: Bu 22 nəfərlik heyət müxtəlif sənaye, ticarət, kənd təsərrüfatı və turizm sektorlarındakı iş adamlarından ibarətdir. 

Nəqizadə bu heyətin səfərinin məqsədini İranla Azərbaycan arasında ticarət dövriyyəsi və qeyri-neft ixracatının genişləndirilməsi məqsədilə bazarların tapılması adlandırıb. 

Nəqizadə əlavə edib: Şimali Xorasanın ticarət heyəti sabah İranın Azərbaycandakı səfiri, həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşəcək və müştərək ticarət konfransında iştirak edəcək. 

O əlavə edib: Bu heyət Bakıya səfərinin davamında Azərbaycan Respublikası Ticarət Palatasının üzvləri ilə görüşəcək və müştərək investisiya məqsədilə zavodlarla yaxından tanış olacaqdır. 

Bu heyət Azərbaycana səfər etməzdən öncə Gürcüstanda səfərdə olub. 

Teqlər