Avq 31, 2016 20:08 Asia/Baku
  • İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi 66 faiz artıb
    İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi 66 faiz artıb

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi cari miladi ilinin ilk yarısında ötən ilki oxşar dövr ilə müqayisədə 66 faiz artıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu xəbəri verərək deyib: Bu rəqəm iki ölkənin potensiallarını və yüksək səviyyədəki əlaqələrini nəzərə alaraq neçə qat artırıla bilər. 

İranın Azərbaycan Respublikasındakı səfirliyinin ticarət atteşesi Məhəmməd İbrahim Nəqizadə isə iki ölkə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək deyib: Cari hicri şəmsi ilinin ilk dörd ayında İrandan Azərbaycana 180 milyon dollar dəyərində müxtəlif mallar ixrac edilib və beləliklə Azərbaycan İranın ixracatında 12-ci yerdə durur.

Azərbaycan Respublikası neftin qiymətinin düşməsindən sonra, neftə asılılıqdan qurtarmaq məqsədi ilə ticarət, kənd təsərrüfatı, tranzit və turizm sektorlarında müəyyən islahatlara başlayıb. Bu sahələrin hər biri İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradıb. 

Hal-hazırda İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi qeyri-neft sektorunda illik 500 milyon dollar təşkil edir. 

Teqlər