Sen 01, 2016 17:51 Asia/Baku
  • Azərbaycan və Şimali Xorasan ticarət palataları arasında əməkdaşlıq sənədi imzalandı
    Azərbaycan və Şimali Xorasan ticarət palataları arasında əməkdaşlıq sənədi imzalandı

Azərbaycan və Şimali Xorasanın ticarət palataları arasında əməkdaşlıq sənədi imzalanıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu əməkdaşlıq sənədi bu gün Bakıda Şimali Xorasan Ticarət Palatasının sədri Məhəmməd Səmədi ilə Azərbaycanın Ticarət Palatasının sədrəvəzi Adil Hüseynov arasında imzalanıb. 

Bu sənədə əsasən tərəflər iqtisadiyyat və sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşu ilə bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, birgə iqtisadi-ticarət sərgiləri keçirəcək, qeyri-neft məhsullarının ixracatını artıracaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər. 

Şimali Xorasanın 22 nəfərlik ticarət heyəti 2 gün öncə iqtisadi fəaliyyətlər, ticarət əlaqələri və investisiya imkanları barədə dəyərləndirmələr həyata keçirmək üçün Azərbaycana səfər edib. 

Birgə iqtisadiyyat forumunda iştirak, Azərbaycanın iqtisadiyyat və kənd təsərrüfatı sahələri üzrə məsul şəxsləri ilə görüşmək, sənaye mərkəzlərinə baxış keçirmək bu səfərin əsas məqsədlərindəndir. 

Teqlər