Ələt-Astara magistral yolunun bir hissəsi istifadəyə verilib
-
Ələt-Astara magistral yolunun bir hissəsi istifadəyə verilib
Azərbaycan Respublikası prezidentinin iştirakı ilə, Ələt-Astara magistral yolunun 23 kilometrlik bir hissəsi istifadəyə verilib.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Ələt-Astara yolu 246 km uzunluğa malikdir. Bu magistral yol 4 zolağdan ibarət olaraq 2017-ci ilin sonunadək tamamilə istifadəyə veriləcək.
Ələt-Astara magistral yolu Astara gömrüyünün 18 kilometrliyinə qədər uzanır və İran ilə Azərbaycan sərhəd körpüsünün dəqiq yeri müəyyənləşdikdən sonra sərhəddə qədər uzadılacaq.
2017-ci ilin sonunadək Ələt-Astara magistral yolunun inşa əməliyyatı təkmilləşdirildikdə Bakıdan Astarayadək quru məsafə 36 km qısalacaq.
Bu əlaqə yolu böyük əhəmiyyətə malikdir və bu yolun tam istifadəyə verilməsi iki ölkə arasındakı ticarətin inkişafına öz töhfəsini verəcəkdir.
Hal-hazırda bu layihənin təkmilləşmədiyinə görə Bakı-Astara şosse yolunda gediş-gəliş çətinliklə təmin olur.