İranın Ş.Xorasan vilayəti ilə Azərbaycan R. arasında ticarət əməkdaşlıqları genişlənir(reportaj)
İranın Şimali Xorasan vilayəti, Azərbaycan Respublikası və Gürcüstanın ticarət heyətlərinin birgə iclasında üç ölkənin iqtisadi və ticari həmkarlıqlarının inkişaf yolları araşdırılıb və bir neçə memorandum imzalanıb.
Müxtəlif qabiliyyətlərlə Azərbaycan Respublikası və Gürcüstana səfər etmiş İranın Şimali Xorasan vilayətinin ticarət heyəti həmin iki ölkənin ticarət rəsmilərilə sıx müzakirələr apardıqdan sonra öz səfərini başa vurub.
Bu bir həftəlik səfər İranın Şimali Xorasan vilayəti, Azərbaycan Respublikası və Gürcüstanın iş adamları arasında müxtəlif anlaşma sənədlərinin imzalanması ilə yanaşı olub.
Kərimi-ixracatçı: Burada azəri tərəflə bir milyon dollarlıq bir müqavilə bağladıq ki, qarşıdakı bir il ərzində Azərbaycana texniki-mühəndislik və tikinti xidmətləri göstərmiş olaq.
Heydəriyan- ixracatçı: Biz Azərbaycanla təqribən iki min tonluq bir müqavilə bağladıq.
Cacromi-ixracatçı: İlkin müqaviləmiz bir milyon dollardan yuxarıdır.
İxracat və idxalat üçün iqtisadi mübadilələrin genişlənməsi və müştərək investisiyalar bu ticarət heyətinin Gürcüstana və Azərbaycan Respublikasına səfərinin hədəflərindən olub.
Səmədi- İranın Şimali Xorasan vilayətinin ticarət məsələləri üzrə məsul şəxsi: Kənd təsərrüfatı məhsulları ilə bağlı Azərbaycan İranla həmkarlığa böyük maraq göstərirdi və mexanikləşdirilmiş kənd təsərrüfatı, quru meyvələr və püstə ilə bağlı Gürcüstan İranla həmkarlığa böyük rəğbət göstərirdi ki, bu razılaşmalara əsasən, həyata keçiriləcək.
İldə bir milyon azərbaycanlının İrana səfərinə və iki ölkənin gələcəkdə iqtisadi mübadilələrdə asanlaşdırma üzrə səyinə əsasən, proqnoz edilir ki, iki ölkə mübadilələrinin rəqəmi hazırkı 500 milyon dollardan yuxarı qalxacaq. Əlbəttə, Gürcüstan da iranlı xidmətlərinə ehtiyaclıdır.