İranlı şahmatçılar Bakı Olimpiadasında uğurla çıxış edirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i233531-İranlı_şahmatçılar_bakı_olimpiadasında_uğurla_çıxış_edirlər
İranın kişilərdən ibarət yığma komandası dünən Bakıda keçirilən şahmat olimpiadasının 5-ci etapında Sloveniya şahmatçıları üzərində qələbə çalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2016 12:12 Asia/Baku
  • İranlı şahmatçılar Bakı Olimpiadasında uğurla çıxış edirlər
    İranlı şahmatçılar Bakı Olimpiadasında uğurla çıxış edirlər

İranın kişilərdən ibarət yığma komandası dünən Bakıda keçirilən şahmat olimpiadasının 5-ci etapında Sloveniya şahmatçıları üzərində qələbə çalıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının davamında İranın kişilərdən ibarət yığma komandası Sloveniya yığmasını 2.5 - 1.5 hesabı ilə məğlub edib. İranın qadınlardan ibarət yığma komandası da Hollandiya yığması ilə qarşılaşıb. Bu qarşılaşma 2.5-1.5 hesabı ilə Hollandiya yığmasının qələbəsi ilə başa çatıb.

Dünya Şahmat Olimpiadası cümə günü kişilərdən ibarət 182 və qadınlardan ibarət 142 komandanın iştirakı ilə Bakıda start götürüb. Ümumilikdə 176 ölkədən gəlmiş 2000-dən artıq şahmatçının rəqabət apardığı olimpiada 11 etapa malikdir və sentyabrın 14-nə kimi davam edəcək.