AİP liderinin səhhəti pisləşib
Sen 08, 2016 03:53 Asia/Baku
-
AİP liderinin səhhəti pisləşib
Azərbaycan İslam partiyası sədrinin vəkili hacı Mövsüm Səmədovun səhhətinin ağırlaşdığını bildirib.
İslamazeri saytının məlumatına görə, Yalçın İmanov deyib: Mövsüm Səmədovun vəziyyəti ağırdır və danışığında və hərəkətində problemlə üzləşib.
Məlumata görə, Yalçın İmanov AİP-in məhbus sədri ilə Qobustan CÇM-də görüşdükdən sonra deyib: Mövsüm Səmədov məqsədinə nail olana qədər aclıq aksiyasını dayandırmayacaq.
Yalçın İmanov Mövsüm Səmədovun karserə salınmasını qeyri-qanuni adlandırıb.
Qeyd edək ki, Mövsüm Səmədov Azərbaycanda konstitusiya ilə əlaqədar keçiriləcək referenduma etiraz olaraq aclıq aksiyasına başlayıb və karserə salınıb.