Moskvada Qarabağ haqda məsləhətləşmə keçiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i233630-moskvada_qarabağ_haqda_məsləhətləşmə_keçiriləcək
Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 06:03 Asia/Baku
  • Moskvada Qarabağ haqda məsləhətləşmə keçiriləcək
    Moskvada Qarabağ haqda məsləhətləşmə keçiriləcək

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək.

APA-nın verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.

Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

Rusiya XİN-dən verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır. Bundan başqa nazirlikdən bildirilib ki, həmsədrləri Rusiya XİN rəhbərliyi də qəbul edəcək.