Sen 08, 2016 18:22 Asia/Baku
  • Azərbaycanda valyuta qıtlığı
    Azərbaycanda valyuta qıtlığı

Dolların dəyərinin artması və Azərbaycan Respublikasının rəsmi valyutası manatın dəyərinin tədricən azalması ilə ötən iki ay ərzində hazırda bu ölkə bankları məhdud şəkildə və maksimum 200 dollar verir və manatı dollara dəyişirlər.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycanda daxili və xarici bazarda dolların rolunu nəzərə alaraq dolların məhdud şəkildə verilməsi və onun Mərkəzi Bank tərəfindən banklara verilməməsi bu ölkə iqtisadiyyatında mənfi təsirlər göstərir.

Azərbaycanda iqtisadçı ekspert və iqtisadi müəssisənin rəhbəri Vüqar Bayramlı bankların 700 milyon dollara ehtiyaclı olmasına toxunaraq bu ölkə iqtisadiyyatında dollar çatışmazlığının mənfi təsirini xatırladıb və deyib: Hazırda banklar 100-200-dən çox dolları vətəndaşlara vermirlər və bu, banklarda dolların yetərincə olmaması mənasındadır.

Daxili və xarici bazarın dollara asılılığlına görə bəzi məhsulların ölkəyə idxa olunmasının azalmasını ölkədən xaricə səfər etmək istəyən vətəndaşlar üçün ehtimal olunan problemlərin yaranması və öz ölkələrinə qayıtmaqda olan turistlərin əllərində qalan manatlarının dollara çevrilməməsini Azərbaycanda dollar qıtlığından yaranan problemlərdən adlandıran Bayramlı bu problemin aradan qaldırılması və manatın dəyərdən düşməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən banklara dolların verilməsini vurğulayıb.

Müxtəlif ölkələr, o cümlədən İrandan gələn turistlər də əllərində qalan manatların banklarda yetərli dəyərdə dollara çevrilməməsi probleminə toxunaraq bu məsələnin idarə olunmasını vurğulayırlar.

Qeyd edək ki, ötən ildə dollar qarşısında manatın devalvasiyasına görə, Azərbaycan banklarında dolların lazımi məhdudiyyətlərlə verilməsi nəzərdə tutulub.

Teqlər