Sen 08, 2016 19:28 Asia/Baku
  • 
İran şahmatçıları nailiyyətə imza atıblar
    İran şahmatçıları nailiyyətə imza atıblar

Dünya Şahmat Federasiyasının 82-ci Konqresində iranlı şahmatçılar 3 qrossmeyster və 4 beynəlxalq qrossmeyster adını qazanıblar.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Bakıda Dünya Şahmat Olimpiyadası ilə eyni zamanda keçirilən bu konqresdə kişilərdə Əmirrza Purramazanəli və qadınlarda Qəzəl Həkimifərd və Dorsa Derəxşanın qrossmeysterliyi təsdiqlənib.

Qrossmeysterlik Dünya Şahmat Federasiyasının ən böyük tituludur. Belə ki, 3 normanı qazandıqdan sonra həmişəlik olaraq şahmatçıya təqdim olunur.

Bu adlarla İranın qrossmeysterlərinin sayı kişilərdə 11 nəfərə, qadınlarda isə 6 nəfərə yüksəlib.

Teqlər