İran və Azərbaycan Respublikası iqtisadi imkanlar üzərində təmərküzləşəcəklər
-
İran və Azərbaycan Respublikası iqtisadi imkanlar üzərində təmərküzləşəcəklər
İranın Azərbaycan Respublikasındakı yeni səfiri deyib ki, Tehran-Bakı əlaqələrinin gələcəyi iqtisadi imkanlar üzərində təmərküzləşəcək.
IRIB-nin məlumatına görə, İranın Azərbaycan Respublikasına təyin edilmiş yeni səfiri Cavad Cahangirzadə dünən Ərdəbil ostandarı Məcid Xodabəxş ilə görüşdə iki ölkənin tarixi yaxınlığı və dinc yanaşı yaşamasına toxunaraq, deyib ki, iki ölkə prezidentlərinin çoxlu sayda görüşü iqtisadi əlaqələrin inkişafı üzrə siyasi əzmkarlığın nişanəsidir.
Ərdəbil ostandarı da Ərdəbil ostanının xüsusi şəraitinə toxunaraq, deyib: Bu ostanın Azərbaycan Respublikası ilə uzun sərhədlərinə və mövcud ortaqlıqlara əsasən, ostanın bu respublika ilə həmkarlıqlarının genişlənməsi üçün zəmin var.
Xodabəxş əlavə edib: Azərbaycan Respublikası gömrüyü tərəfindən İran mallarına və tranzit mallara tətbiq olunan güzəştli tarif maneələri qaydaya salınmalı və məntiqli bir rəqəmə çatmalıdır.