BMT beynəlxalq nəzarətçilərin Qarabağa daxil olmalarına qarşı qadağaya etiraz edib
-
BMT beynəlxalq nəzarətçilərin Qarabağa daxil olmalarına qarşı qadağaya etiraz edib
BMT komissarı Ermənistanın beynəlxalq nəzarətçilərin qondarma Qarabağ respublikasına daxil olmalarına mane olmasına etiraz edib.
APA-nın məlumatına görə, BMT-nin insan haqları üzrə baş komissarı Zeyd Rəəd Əlhusyen dünən bu təşkilatın İnsan Haqları Şurasının 33-cü iclasında BMT nəzarətçilərinin Krım, Abxaziya, Cənubi Osetiya və Qarabağa daxil olmalarına qoyulmuş qadağaya toxunaraq, deyib: BMT nümayəndələrinin bu məntəqələrə gedən yollarının baglanması, eləcə də xəbər və informasiyaların yayılmasının qarşısının alınması bu məntəqələrdəki gizlilikdən xəbər verir.
Qeyd edək ki, İnsan Haqları Şurası BMT sistemində dövlətlərarası bir heyətdir və bütün dünyada insan haqlarının himayəsi və qorunmasının gücləndirilməsi, insan haqlarının pozulması vəziyyətinə baxılması və onun üçün tövsiyələrin təqdim edilməsi üzrə məsuliyyət daşıyır.
Bu şura Baş Assambleya tərəfindən seçilən BMT-yə üzv 47 ölkədən təşkil olunub.