İranın Bakıdakı səfirliyi ermənilərin olimpiyadasına münasibət bildirib
-
İranın Bakıdakı səfirliyi ermənilərin olimpiyadasına münasibət bildirib
İranda ermənilərin olimpiadanın keçirilməsi və bu yarışlarda Qarabağın gerbindən istifadənin olunmasına dair xəbərlərin yayılması ardınca, İranın Azərbaycan Respublikasındakı səfirliyi bu barədə açıqlama verib.
İRİB-in məlumatına görə, İranın Bakıdakı Səfirliyi bu gün bildirib: İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib.
İranın Bakıdakı səfirliyi bildirib: İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər.
Tehranda ermənilərin idman olimpiyadasının açılış mərasimində təşkilat komitəsi ilə razılaşdırılmadan "DQR"nin gerbi kənar ölkələrdən gələn idmançıların uniforması üzərində olub.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. SSRİ dağıldıqdan sonra separatçı ermənilər qondarma Dağlıq Qarabağ Respublikasını elan ediblər. Lakin indiyə qədər heç bir ölkə onun müstəqilliyini tanımayıb.