Gilanlı iş adamları Bakıya səfər ediblər
Gilan ostanının iş adamlarından ibarət 25 nəfərlik bir heyət Astara quru sərhədi yolu ilə Bakıya səfər edib.
Səhər kanalı müxbirinin verdiyi məlumata görə, Gilan əyaləti iş adamlarından ibarət 25 nəfərlik heyətin sədri deyib: Özəl sektorda çalışan iş adamlarının o cümlədən İstehsalçılar, Tacirlər və Sənaye Palatası sədrinin qatıldığı bu nümayəndə heyətinin Azərbaycana səfər etməkdə əsas məqsədi qonşu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsidir.
Əli Xodkar əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri tərəfindən cari ilin müqavimət iqtisadiyyatı, təşəbbüs və əməl ili elan edilməsini nəzərə alaraq, İran dövləti ixracatın gücləndirilməsinə təkid edir. Bütün bunları nəzərə alaraq, Bakıya 3 günlük səfərə çıxan bu heyət Azərbaycanın ticarət mərkəzlərinə baxış keçirdikdən sonra, azərbaycanlı iş adamları ilə birgə iclas keçirəcək. Ümidvarıq əldə ediləcək anlaşmalar istehsal və ixracatın inkişafına kömək edəcəkdir.
Ə.Xodkar həmçinin deyib : Sərhəd məntəqədə yerləşən əyalətlər Bakının ticarət mərkəzlərinə baxış keçiriblər və Gilan əyaləti Azərbaycana nümayəndə heyəti göndərən 3-cü əyalətdir.